Bakı. Trend:
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsihaqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinSərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradanqaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təminetmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyayaqarşı mübarizə və şəffaflığın artırılması istiqamətində komplekstədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsisahəsində müvafiq işlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslərbarəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirlərigörülmüş, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılmışvə əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmışmateriallar prosessual qərar qəbul edilməsi üçün AzərbaycanRespublikasının Baş Prokurorluğuna göndərilmişdir.
“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbişəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi iləbağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenticənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəliFərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılanvətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşlarınyekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindənhəyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlararasında məlumat mübadiləsinin elektronlaşdırılması vəoptimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında,obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasındamüsbət nəticələr verməkdədir.
Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanıilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasınıtənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibatiXətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu daxidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təminedilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarınınqarşısının alınmasına xidmət edir.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digərqanunsuz tələblə üzləşən vətəndaşların “9100 Çağrı Mərkəzi”nə və ya[email protected]elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdəşəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bukimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.