AZ

Türkiyədə "saxta alkoqol" əməliyyatında 46 şübhəli saxlanıldı

81 əyalətdə saxta spirtli içkilərə qarşı aparılan \"Cəngəl-16” əməliyyatlarında 50 min 105 litr saxta spirt və etil spirti müsadirə edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlama verib.
 
Verilən açıqlamada, ümumilikdə 55105 litr saxta və qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkilər, o cümlədən 38322 litr saxta spirt və 11783 litr etil spirti, 4000 ədəd saxta banderol aşkar edilərək götürülüb.
 
Bundan əlavə, saxta spirtli içki istehsal etməkdə şübhəli bilinən 46 nəfər tutulduğu bildirilib.
 
Oksana
 

Seçilən
6
11
azxeber.com

10Mənbələr