Gürcüstanın keçmiş prezidenti Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə yeni ofisi təqdim edib və orada “prezidentlik funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib.
AzPost xəbər verir ki, bu barədə Gürcüstan mediası yazıb. Bildirilir ki, keçmiş prezident ölkəni yeni ofisindən “idarə etməyə” hazırlaşır. Qeyd edək ki, Zurabişvili yeni seçkilərdən sonra vəzifəsində işini davam etdirməyi planlaşdırdığını bildirsə də, sonradan prezident sarayını tərk etməyə razılaşıb.