AZ

Ermənistanla sülh müqaviləsinin imzalanmasında əngəllərdən biri də Minsk qrupunun hələ də ləğv olunmamasıdır - Deputat

Bakı. Trend:

Bu gün regionda sülhün bərqərar olması, sülh müqaviləsininimzalanması üçün əsas əngəllərdən biri Ermənistan konstitusiyasındaAzərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlıtəşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb:

“Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütünzəruri addımları atıb, prinsiplər irəli sürüb. Lakin Ermənstanözünü sülh tərəfdarı kimi təqdim etməyə çalışsa da, əməldə heç biraddım atmır, sülh danışıqları ətrafında spekulasiya edir.Ermənistanın hələ də konstitusiyasında ölkəmizə qarşı əraziiddialarının aradan qaldırılması ilə bağlı dəyişiklik etməkdənyayınması bu ölkənin sülh müqaviləsini imzalamaqda maraqlıolmadığını aydın göstərir. Bir ölkənin konstitusiyasında digər birölkəyə qarşı ərazi iddialarının mövcud olması beynəlxalq praktikadayolverilməzdir. Azərbaycanın bu iddiaların aradan qaldırılması iləbağlı tələbi beynəlxalq qanunvericiliyə tam uyğundur”.

Deputat bildirib ki, sülh müqaviləsinin imzalanmasındaəngəllərdən biri də Minsk qrupunun hələ də ləğv olunmamasıdır:“Minsk qrupu öz aktuallığını çoxdan itirib. Minsk qrupuyaradılarkən onun missiyası münaqişəni həll etmək idi. Lakinəfsuslar olsun ki, uzun müddət səmərəsiz fəaliyyət göstərməklə,qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Minsk qrupu ona olanetimadı tam itirdi. Belə ki, Minsk qrupu öz missiyasının ziddinəfəaliyyət göstərərək münaqişəni həll etmək əvəzinə işğalçıya dəstəkgöstərdi, münaqişəni dondurulmuş münaqişəyə çevirməyə çalışdı.Lakin Azərbaycan onların bu məkrli niyyətinin baş tutmasına imkanvermədi, 44 günlük Vətən müharibəsində tarixi Zəfəri və antiterrortədbirləri ilə öz torpaqlarını işğaldan azad etdi, suverenliyinitam bərpa etdi. Bu gün isə reallıqlar tamamilə başqadır. Həminərazilərimiz sürətlə bərpa edilir və keçmiş məcburi köçkünlər özdoğma yurdlarına qayıdırlar. Bu baxımdan Minsk qrupu ən qısazamanda ləğv edilməli və tarixin arxivinə göndərilməlidir”.

Deputat əlavə edib ki, Ermənistan yaxşı düşünməli və sülhmüqaviləsinin imzalanması yoluna olan əngəlləri aradanqaldırmalıdır: “Çünki bu gün sülh Azərbaycandan çox Ermənistanalazımdır. Ermənistanın hazırkı düşdüyü çətin durumdan heç birhavadarı xilas edə bilməyəcək. Ermənistanın yalnız bir seçimi var,o da Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsiniimzalamaqdır”.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

2Mənbələr