Olaylar.az xidmətə istinadən xəbər verir ki, protokol tərtib edilən MMC-lər arasında "Optimal Electronika" MMC də var.
İnzibati xətanın mahiyyəti qüsurlu malın dəyişdirilməsi və geri qaytarılması qaydalarına dair Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsidir.
Beləliklə, "Optimal Electronika" MMC "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini pozub.
İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31