İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Caspian Entertainment Company” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidməti bildirir.
Bildirilib ki, şirkət əyləncə mərkəzində uşaqlar üçün giriş haqqını qiymət cədvəlində göstərilən məbləğdən baha hesablayıb. (Report)