2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4.5% artaraq 679.4 ton, dəyər baxımından isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.