AZ

Keçmiş deputatın şirkəti olan “Avropa Qapıları” müştərilərini belə aldadır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Avropa Qapıları” MMC barədə inzibati xəta protokolu tərtib edib.

XALQ.AZ-a bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətə qarşı tədbir görülməsi alınan məhsulda istehsal qüsurunun olmasına baxmayaraq, onun dəyişdirilmsindən və yaxud qaytarılmasından imtina edilməsi ilə bağlıdır.

Qeyd edək ki, “Avropa Qapıları” MMC keçmiş deputat Baba Tağıyev məxsus olduğu bildirilir. Bu barədə mətbuatda heç bir təkzib verilməyib.

Seçilən
23
16
xalq.az

9Mənbələr