AZ

Yarımfinalda zədələnmiş Levandovskinin vəziyyəti necədir?

“Barselona”nın İspaniya Superkubokunun yarımfinalında "Atletik"lə oyunda zədələnən futbolçusu Robert Levandovskinin durumu müəyyənləşib.

Yenisabah.az sport.es-ə istinadla xəbər verir ki, 36 yaşlı hücumçu 73-cü dəqiqədə ayağında ağrı hiss edib. O, əvəzlənərkən meydanı axsayaraq tərk edib.

Levandovskinin zədəsi ciddi deyil. Onun İspaniya Superkubokunun finalında meydana çıxmasına heç bir maneə yoxdur.

Bu mövsüm Robert "Barselona"nın heyətində bütün yarışlarda 26 matça çıxıb, 25 qol vurub və iki məhsuldar ötürmə verib.

Superkubokun final oyunu yanvarın 12-də baş tutacaq.


Telegram kanalımız
Seçilən
4
2
yenisabah.az

3Mənbələr