ABŞ Prezidenti Cozef Bayden vəzifəsini tərk etməzdən əvvəl sonuncu xarici səfəri olan Romaya səfərini ləğv edib.
“Cebheinfo.az” xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, Cozef Bayden səfəri ləğv etmək qərarını yanğınsöndürənlərlə görüşmək üçün getdiyi Los-Ancelesdən Vaşinqtona qayıdarkən verib.
ABŞ Prezidenti Bayden Los-Ancelesdə verdiyi açıqlamada onun administrasiyasının bu yanğınları nəzarət altına almaq və yenidənqurma işlərinə kömək etmək üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib.