AZ

İran Suriyada böyük strateji məğlubiyyətə uğradığını etiraf edib

İran Suriyada mühüm strateji məğlubiyyətə uğradı, lakin hələ də bu ölkədə öz qüvvələrini qurmağa davam etməyi planlaşdırır.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati deyib.

"Məncə, Suriyanın itkisi fəxr olunası bir şey deyil. Biz ağır məğlubiyyət aldıq və bu, bizim üçün ciddi zərbə oldu",- deyə o vurğulayıb.

Esbati həmçinin qeyd edib ki, İran və Suriya arasında münasibətlər son zamanlar prezident Bəşər Əsədin devrilməsindən əvvəl durğunlaşıb və getdikcə gərginləşib. Bununla belə, Tehran mövcud vəziyyətdən regionda hərbi mövcudluğunu bərpa etmək üçün istifadə etməyi planlaşdırır.

Seçilən
23
3
operativmm.az

4Mənbələr