AZ

Azad edilən ərazilərdə çəkilən dəmiryol xətlərinin kommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsal olunur (FOTO)

Ağdam. Trend:

İşğaldan azad edilən ərazilərdə çəkilən dəmiryol xətlərininkommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsalolunur.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı iləbu gün Ağdam Sənaye Parkına təşkil edilən mediatur zamanı dəmiryollarında rabitə və işarəvermə avadanlıqlarının istehsal edənmüəssisədən məlumat verilib.

Bildirilib ki, dəmir yolu üçün nəzərdə tutulan avadanlıqlarınistehsalını 2016-cı ildən fəaliyyət göstərən və 2022-ci ildən AğdamSənaye Parkında rezident kimi qeydə alınan RTS MMC şirkəti həyatakeçirir.

Zavodda rabitə və işarəvermə avadanlıqları istehsal olunur.İlkin məlumata görə, müəssisədə həm də işıqforlar, mikroprosessorsistemi, yol qutuları, inteqrallar və s. kimi avadanlıqlar istehsalolunur.

Hazırda zavodda 30-a yaxın işçi qüvvəsi fəaliyyət göstərir. İşprosesinin daha da gücləndirilməsi üçün işçi qüvvəsinin 70 nəfərəqədər çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, işə, əsasən,yerli sakinlər cəlb edilir. Məlumat verilib ki, zavodda istehsalolunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdətutulur. İstehsal olunan avadanlıqların MDB və Baltikyanı ölkələrəixrac olunması məqsədilə danışıqlar aparılır.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" ilə müqavilə əsasındaBərdə-Ağdam ərazisindən keçən dəmir yolları yenidən quraşdırılarkənrabitə və kommunikasiya işlərinin aparılmasında bu zavodun istehsaletdiyi avadanlıqlardan istifadə olunur.

Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Azad
Seçilən
32
1
az.trend.az

3Mənbələr