AZ

Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz - Peskov

Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində iştirakı mümkünsüzdür.

Olaylar xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi keçirdiyi brifinqdə TASS-ın jurnalistinin sualına verdiyi cavabda bildirib.

"İki fərqli təşkilatın üzvü olmaq, hipotetik düşünsək belə, sadəcə mümkünsüzdür. Burada bir gömrük məkanı var, burada malların və xidmətlərin, insanların və kapitalın sərbəst keçidi ilə bağlı bir zona var, orada isə başqa normalar tətbiq olunur", - deyə o qeyd edib.

Peskov əlavə edib ki, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünü dəyərləndirmək hələlik çətindir.

"O baxır Ermənistan tərəfinin hansı aksentləri olacaq", - deyə Peskov bildirib.

Kreml nümayəndəsi, həmçinin, əlavə edib ki, Avropa İttifaqı birliyə üzvlük prosesini özü işə salır, bu səbəbdən rəsmi Brüsselin Ermənistanın Aİ-yə üzvlük təşəbbüsünə reaksiyasını gözləmək vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
3
olaylar.az

4Mənbələr