AZ

Lənkəranda “ZZ Şərab №1” yararsız içki və qida məhsulları aşkarlandı

Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, 20B ünvanında yerləşən Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb.

Agentlikdən XALQ.AZ-a verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60,5 litr içki və 1,4 kiloqram qida məhsulunun satışının qarşısı alınıb.

Seçilən
40
3
xalq.az

3Mənbələr