AZ

Trampın andiçməsindən sonra Vaşinqtondan Bakıya baxış dəyişəcək? – ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin son müsahibəsində qeyd etdiyi kimi,Azərbaycan-ABŞ münasibətlərinin Donald Trampın hakimiyyətə gəlməsiilə daha müsbət məcrada inkişafı gözlənilir. Çünki respublikaçılardemokratlardan fərqli olaraq, Cənubi Qafqazda Azərbaycanlamünasibətlərə başqa kontekstdən yanaşırlar. Onlar Azərbaycanı güclüvə etibarlı tərəfdaş hesab edirlər. Trampın birinci prezidentliyidövründə Azərbaycan-ABŞ münasibətlərində normal xətt mövcud idi.Ümidvarıq ki, bu normal münasibətlər Trampın yanvarın 20-də rəsmişəkildə hakimiyyətə gəlməsi ilə yenidən öz müsbət məcrasınadüşəcək.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı TuralGəncəliyev deyib.

Deputat bildirib ki, iki ölkə arasında əlaqələr həmişə tamistədiyimiz kimi olmasa da, müxtəlif zamanlarda ABŞ AzərbaycanınCənubi Qafqazda, regional və qlobal təhlükəsizlikdə oynadığı roluaçıq-aşkar qəbul edib:

“Azərbaycanın Əfqanıstan missiyasındakı rolunu yadımıza salaq.NATO, ABŞ qüvvələri Əfqanıstanı tərk edəndə bu ölkədən ən sonuncuAzərbaycan və Türkiyə qüvvələri çıxdı. Əfqanıstanda önəmli havalimanlarından birinin təhlükəsizliyini son anadək Azərbaycan vəTürkiyə əsgərləri bir yerdə, çiyin-çiyinə qoruyurdular. Həmin vaxtartıq bütün NATO qoşunları, o cümlədən, ABŞ birləşmələriƏfqanıstanı tərk edib getmişdilər.

Tural Gəncəliyev vurğulayıb ki, Bayden administrasiyasıErmənistana çox meyil edirdi, bu ölkəni Azərbaycandan üstüntuturdu:

“Bu da münasibətlərin tamamilə pozulmasına səbəb olmuşdu. Trampdaha çox praqmatik siyasət tərəfdarı olduğundan artıq Azərbaycanınreal bir güc, politik situasiya yaratdığını, Azərbaycanlahesablaşmaq lazım olduğunu anlayır, Azərbaycanın güclü lideri iləikitərəfli münasibətləri inkişaf etdirməyin lazım olduğunu bilir.Hesab edirəm ki, ABŞ administrasiyası və Tramp tərəfindənAzərbaycan-Ermənistan münasibətləri kontekstində də neytral,obyektiv yanaşmanın şahidi olacağıq”.

Millət vəkili qeyd edib ki, qarşıdakı zamanda Azərbaycan-ABŞmünasibətlərində normallaşma, istiləşmənin şahidi olacağıq.

“ABŞ Cənubi Qafqazda böyük təhlükəsizlik məsələlərindəAzərbaycanın rolunu qəbul edir və bundan sonra da edəcək.Azərbaycanın hərbi məsələlərdə olduğu kimi, enerjitəhlükəsizliyində də rolu da ciddi şəkildə qiymətləndiriləcək.Ermənistanın əsas müttəfiqləri olan keçmiş Suriya rejimi, Fransa,Avropa İttifaqı da Tramp administrasiyası tərəfindən heç dəxoşagələn şəkildə qarşılanmır.

Ermənistan üzərindən aparılan siyasətin artıq mənasız vəəhəmiyyətsiz olduğunu anlayan Fransa və Avropa İttifaqındakı gücmərkəzləri başa düşürlər ki, Tramp bu məsələlərə tamamilə yenidənbaxacaq. Trampın bu məsələlərdə Azərbaycan liderinin apardığısiyasətə daha çox simpatiya ilə yanaşdığı aydındır. Biz müsbətAzərbaycan-Türkiyə-ABŞ münasibətlərinin qurulacağını da ehtimal edəbilərik”, - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isəTrend-əaçıqlamasında bildirib ki, Donald Tramp səlahiyyətlərinin icrasınabaşladıqdan sonra uğursuz Bayden adminstrasiyasının xaricisiyasətdə yol verdikləri cidd səhvlər ucbatından enişə doğru gedənVaşinqton-Bakı münasibətlərinin yüksələn xətt üzrə inkişafınınşahidi olacağıq:

“Şübhəsiz ki, yaxın tərəfdaşlıq münasibətləri ilk növbədə enerjivə nəqliyyat dəhlizləri, eləcə də, təhlükəsizlik məsələlərimüstəvisində yenidən dirçəldiləcək və inkişaf etdiriləcək. Bununlayanaşı, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsində, CənubiQafqaz, Qərbi və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyameyillərinin gücləndirilməsi istiqamətində bir sıra önəmli, bəlkədə, qlobal geosiyasi önəm daşıyan addımların atılması dagözləniləndir”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan və Türkiyəninregionda oynadıqları sabitləşdirici rolun daha da güclənəcəyi, eynizamanda, Türk Dövlətləri Təşkilatının təşkilatlanması istiqamətindətarixi qərarların qəbul ediləcəyi və həyata keçiriləcəyi ehtimalıböyükdür:

“Bu xüsusda Prezident İlham Əliyevin Azərbaycan televiziyalarınamüsahibəsində TDT və D8-in regional və perspektivdə qlobal gücmərkəzlərinə çevriləcəyi ilə bağlı fikirlərinə də diqqət çəkməkistəyirəm. Mahiyyət etibarilə, dövlətimizin başçısının əsası uzunillər öncə qoyulan strateji proqnozlarının gerçəkləşməsi üçünolduqca önəmli bir mərhələnin geridə qoyulduğunu düşünürəm.

Xatırladım ki, Tramp 2019-cu ilin sentyabrında BMT BaşAssambleyasındakı çıxışında qlobalizmin fəsadlarına diqqət çəkmişdivə milli suverenitet, dövlətçilik, vətənpərvərliyin əhəmiyyətinivurğulamışdı. Tramp sözügedən çıxışında qeyd etmişdi ki, “azaddünya öz milli köklərinə dəyər verməlidir, onları silməyə, yaxudəvəzləməyə çalışmamalıdır... Gələcək qlobalçılara yox,vətənpərvərlərə məxsusdur”.

Düşünürəm ki, Trampın iqtibas gətirdiyim nitqində yer alanməqamlar təkcə Vaşinqton-Bakı münasibətlərinin inkişaf perspektiviilə bağlı deyil, bütövlükdə yeni dünya düzəninin qurulmasıprosesinin inkişafı ilə bağlı bir sıra önəmli istiqamətlər barədəaydın təsəvvürlərin formalaşmasına imkan verir. Bu aspektdən yaxın4 ilin həm ABŞ-Azərbaycan münasibətləri, həm də qlobal proseslərləbağlı tarixi zaman kəsiyi olacağı qənaətindəyəm”, - deyə deputatvurğulayıb.

Seçilən
21
1
az.trend.az

2Mənbələr