Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycanın öz torpaqlarını geri almasını pislədilər və qərəzli şəkildə ermənipərəst mövqe nümayiş etdirdilər. Bunlar hamısl faktlardır. Digər tərəfdən Paşinyan hakimiyyətinin Suriya rəhbərinə məktubları, müxtəlif bayramlar münasibətilə olan təbriklərini, Suriyaya humanitar yardım göndərmələrini bilirik. Eyni zamanda son zamanlara qədər Hələbdə ermənilərin müəyyən həcmdə hərbi ünsürləri var idi. Sonradan onları məcburi şəkildə çıxarmalı oldular. Bütün bunlar Əsəd Suriyasının Ermənistanın müttəfiqi olduğunu göstərir. Bu Azərbaycan-Suriya arasındakı münasibətlərə də təsirsiz ötüşmürdü. Əsəd rejiminin devrilməsi və Türkiyə ilə yaxın olacaq rejimin hakimiyyətə gəlməsi Azərbaycan üçün də yeni imkanlar açır. Bu, Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin açılması üçün bir şərait kimi dəyərləndirilməlidir. Həmçinin Azərbaycanın Türkiyə ilə bərabər Suriya və Yaxın Orta Şərq regionunda təsir dairəsinin daha da artırılmasına vəsilə ola biləcəkdir".
Zeynəb Rzayeva