AZ

"Paşinyan məcbur olub QAİ nümayəndələri ilə görüşəcək"- Millət Vəkili

"Nikol Paşinayam birmənalı olaraq məcbur olunacaq ki, Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşsün, bu hüquqlarını təmin etsin. "

Millət Vəkili Samir Vəliyev bunu News365.az-a deyib. 

"Yanvar ayının 7-si 2025-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin yerli telekanallara verdiyi  müsahibə nəticə etibarilə hesab edirəm ki, tarixi bir müsahibədir və ölkə prezidenti dünyada baş verən hadisələr fonunda Azərbaycanıb gələcəkdə rolu və regionda cənubi Qafqazda eləcədə dünyada teri halda olacağını açıq şəkildə bəyan etdi, bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 

Qərbi Azərbaycanlıların qayıdış məsələsi ölkə prezidentinin diqqətindən kənarda qalmayaraq bu barədə verilən suala da mövqeyini bildirdi.  Hesab edirəm ki, ölkə prezidentinin müsahibəsində Ermənistana və Ermənistanın baş naziri Paşinyana bir mesaj olaraq çatdırıldı ki, Qərbi Azərbaycanlıların ümumiyyətlə 200 illik tariximizdə Ermənistandan müxtəlif vaxtlarda departasiya edilmiş Qərbi Azərbaycanlıların geri qayıtması bu onların beynəlxalq hüquq sistemində həm hüquqlarıdır həm də haqqlarıdır. Bu hüquqlar birmənalı olaraq beynəlxalq konversiyalarda, beynəlxalq aktlarda öz əksini tapmış olan qayıdışdır və ölkə prezidenti Nikol Paşinyana mesaj olaraq da göndərmişdir ki, mütləq olaraq Qərbi Azərbaycan icmasının nümayəndələri ilə mütləq  şəkildə Paşinyan görüşməli, onları dinləməli və ləyaqətli təhıükəsiz şəkildə  qayıdışn təmin olunması məsələsinə baxılmalıdır. Qayıdışın təmin olunması məsələsi bir mənalı olaraq, haqq və hüquq olaraq Qərbi Azərbaycanlıların  qayıdışının təmin olunmasını ölkə prezidenti mütlət şərt kimi vurğuladı və bir məsələni də xüsusilə qeyd etmək istəyərdim ki, bu qayıdış təbii olaraq bizim dədə-baba yurdlarımıza qayıdış olaraq Qərbi Azərbaycan ucması bu istiqamətdə kifayət qədər işlər görür. Çox böyük təəssüflə qeyd edirəm ki, bu 200 il ərzində baş verən departasiya nəticə etibarilə  soyqrımlarla, etnik təmizləmə ilə irqi zəmində baş verən bu və ya digər qanlı hadisələrlə müşahidə olunmuşdur. 1905-1906-ci illər 1918-1921-ci illərd 1948-1953-cü illərdə və sonuncu 1980-ci illərin axırı və 1990-cı ilin əvvəlində son Azərbaycanlıya qədər bizim dədə-baba torpaqlarımızdan qovulması halları, vürün bu tarixləri yalnız və müşahidə etişik. Baxmayaraq ki, Ermənistan Qərbi Azərbaycanlıların qayıdışı məsələsinə görə çox narahatdılar 44 günlük müharibəmizdə əldə etdiyimiz qələbəmiz eyni zamanda Azərbaycann regionda güclü, qüvvətli bir dövlət olması təbii olaraq qayıdış məsələsini Ermənistanda birmənalı olaraq qarşlamırlar. 

Millət Vəkili Prezidentin bu çağırışa rekasiyasının necə olacağı sualına belə cavab verib: 

"Ölkə prezidenti öz müsahibəsində qeyd etdi ki, sülh müqaviləsinin 17 bəndindən 15-i razılaşdırılmışdır və iki bənddə haı-hazırda Ermənistanın əlində alət olaraq sülhün imzalanmaması məqsədi daşıyır. Nikol Paşinyan baş nazir olaraq Ermənistanın rəhbər şəxsi olaraq zənnimcə Ermənistanda yeganə şəxsdir ki, daha siyasi nöqteyi nəzərdən əsələləri düzgün analiz və düzgün qərar verə biləcək bir kəsdir. Mən əminəm ki, ölkə prezidenti cənab İlham Əliyevin hər zaman bütün məsələlərdə qəttiyəti, onun mövqeyi və  dediyi sözün arxasında durduğu əməl məntiqi olara, birmənalı olaraq Nikol Paşinyanı bütün məsələlərdə olduğu kimi bu məsələdə də  Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşməsinə vadar edəcəkdir."

"2020-ci ilə qədər Nikol Paşinyan və ona qədər ki olan Ermənistan siyasi rəhbərliyi Qarabağı da vermək niyyətində deyildi və Paşinyan Qarabağın verilməsinə Azərbaycan ordusunun onun müzəffər Ali baş kamandanı cənab İlham Əliyevin yumuruğu hesabına, gücü hesabına qarabağı  verdi. Hesab edirəm ki, qarşıda duran Azərbaycanlıların geri qayıdış məsələsində də Nikol Paşinayam birmənalı olaraq məcbur olunacaq ki, Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşsün, bu hüquqlarını təmin etsin. "

News365.az

Seçilən
19
news365.az

1Mənbələr