Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Nadir muğam ifaçıları” layihəsiçərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə,Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecətəqdim edilib.
Trend xəbərverir ki, tədbirdə çıxış edən BMM-nin direktoru, Əməkdar artistSahib Paşazadə mərkəzdə mütəmadi olaraq ustad xanəndələrin, muğamifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyinidiqqətə çatdırıb.
Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyiəvəzsiz töhfələrdən söz açıb. Bildirib ki, Hacıbaba Hüseynovunyaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğamifaçılığında geniş yayılıb.
Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət verib.Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqdaoxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib,beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq,bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaradıb.
Gecədə çıxış edən Əməkdar incəsənət xadimi, xanəndə AqilMəlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovlabağlı xatirələrini bölüşüblər, unudulmaz sənətkarın muğamsənətimizdə öz dəst-xətti olduğunu vurğulayıblar. Bildirilib ki,xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğamsənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinintəbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var.Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdəpedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənildi, sənətkarıntəsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olunub.
Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi AqilMəlikov, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndəElbrus Niftəliyevin Hacıbaba Hüseynov repertuarından rəngarəngifaları tədbir iştirakçılarının könlünü oxşayıb.
Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM- ninsolistlərindən ibarət insrtumental heyət, Əməkdar artist ƏliağaSədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu və Əməkdar artistEmil Əfrasiyab müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az