AZ

Rusiya hökuməti Ermənistanın Aİİ-dən çıxmağa başladığını təsdiqləyib » AzadMedia.az



Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması haqqında qanunun müzakirəsini bu ölkənin Aİİ-dən çıxmasının başlanğıcı hesab edir. Bu barədə TASS məlumat yayıb.
Overçukun sözlərinə görə, Rusiyanın Ermənistana münasibətdə gələcək iqtisadi siyasətində bu qanun nəzərə alınacaq. Eyni zamanda, baş nazirin müavini onu da əlavə edib ki, Avropa İttifaqına daxil olmaq Ermənistanın suveren seçimidir və "şübhəsiz ki, buna onun hüququ var".

“Biz Ermənistanda “Avropa İttifaqına qoşulma prosesinə başlamaq haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Rusiya Federasiyası Ermənistanla bağlı iqtisadi siyasətini bu vəziyyəti nəzərə alaraq quracaq”.
Seçilən
16
1
azadmedia.az

2Mənbələr