AZ

Donald Tramp ABŞ səmasında naməlum dronlarla bağlı hesabat hazırlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, prezidentlik vəzifəsinin icrasına başladıqdan sonra ilk günlərdə ABŞ-ın bir neçə ştatında müşahidə olunan naməlum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı hesabat dərc edəcəyinə söz verib.

Olaylar-ın məlumatına görə, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib:
"Birinci gün sizə dronlarla bağlı hesabat verəcəyəm. ABŞ prezidenti Co Bayden administrasiyasının bu mövzu ilə bağlı məlumat verməməsi gülüncdür."

Tramp, indiki hakimiyyətin bu məsələ ilə bağlı susmasının səbəbini bilmədiyini qeyd edib və əlavə edib:
"Ola bilsin ki, biz bu dronları işə salırıq və araşdırma aparırıq. Ümid edirəm ki, bunu edən bizim düşmənlərimiz deyil."

Tramp açıqlamasını belə tamamlayıb:
"Bunu yanvarın 21-də, andiçmə mərasimindən bir gün sonra öyrənəcəyik. İnauqurasiya üçün mənə bir az vaxt verin, sonra sizə hesabat təqdim edəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr