AZ

ABŞ ordusunu Suriyadan çıxarır – Tramp açıqladı

Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ administrasiyası qoşunların Suriyadan çıxarılmasının mümkünlüyü ilə bağlı qərar verəcək. Suriyadakı vəziyyətə qarışmırıq. Onların orada kifayət qədər problemləri var”, - Tramp bildirib.

Qeyd edək ki, Tramp administrasiyasının ABŞ əsgərlərini Suriyadan çıxarmağa hazırlaşdığı və bu prosesin də Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirildiyi barədə məlumat yayılmışdı.
Seçilən
1
8
sherg.az

10Mənbələr