AZ

Tramp ABŞ qoşunlarını Suriyadan çıxarır

Donald Tramp qoşunların Suriyadan çıxarılması ilə bağlı qərarını açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp qeyd edib ki, Vaşinqton Suriya problemləri ilə məşğul olmamalıdır və ABŞ administrasiyası Amerika qoşunlarının Suriya Ərəb Respublikasından çıxarılması ilə bağlı qərar verəcək.

İsrail mediasının yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxma ehtimalından narahat olması ilə bağlı xəbərlərini şərh edən Tramp, “Bunu kimin dediyini bilmirəm, amma bununla bağlı qərar verəcəyik”, deyib.

“Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarmaqarışıqlığıdır. Onların orada kifayət qədər problemləri var. Bu problemlərə bizim qarışmağımıza ehtiyacı yoxdur”, deyə Tramp əlavə edib.

Poliqon.info

Seçilən
2
8
poliqon.info

10Mənbələr