Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın iki rayonunda, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Ruslan Göyüşov küçəsinin və Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ilə Yeni Ramana yolunun kəsişmələrində yeni işıqforlar quraşdırılıb.
Görülən işlər nəticəsində bu yollardan istifadə edən nəqliyyat vasitələrinin sərbəst hərəkəti və piyadaların təhlükəsizliyi təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31