AZ

Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı açıqlanıb

Bakı.Trend:

Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobuslarınsayı 2022-ci ildə təxminən 1000 ədəd, 2023-cü ildə 1400 ədəd olduğuhalda hazırda bu göstərici təxminən 2000 ədədə çatdırılıb.

Trend xəbərverir ki, bunu jurnalistər üçün keçirilən keçirilən mətbuatkonfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarəheyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 2024-cü ildə Bakı şəhəri üzrə daşınan 476 milyonsərnişin üzrə ödənişlərin 77,5%-i nağdsız qaydada olmuş və 2023-cüillə müqayisədə nağdsız ödəniş 17% artm müşahidə edilib.

"79 ədəd yeni avtobus dayanacağı quraşdırılmış, 150 dayanacaqməntəqəsində sərnişinlərin məlumatlandırılması məqsədilə məlumatlövhələri yerləşdirilib”, - deyə sədr qeyd edib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfərsərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfərsərnişin artımı müşahidə edilib. 11 avtobus marşrutu üzrə 154avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2marşrut yaradılmışdır.

200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılartərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıqistismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr