AZ

Qazaxıstan şirkəti Bolqarıstanda Lukoyl-un zavodunu 1 milyard dollara alır

Qazaxıstanın dövlət neft-qaz şirkəti "KazMunayQaz" Bolqarıstanda hazırda Rusiyanın "Lukoil" şirkətinə məxsus olan yeganə neft emalı zavodu olan "Lukoil Neftochim Burgas"ı almaq üçün 1 milyard dollar təklif edib...

Poliqon xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Burqas şəhərindəki zavod artıq tədarükün təxminən 40%-ni "KazMunayQaz"dan alır. Qeyd olunur ki, neft emalı zavodunun alınması Qazaxıstanın dövlət neft-qaz şirkətinin Avropa bazarında mövqeyini gücləndirəcək.

"KazMunayQaz" həmçinin Rumıniyada neft emalı zavoduna və Bolqarıstanda "Rompetrol" brendi altında bir sıra yanacaqdoldurma məntəqələrinə malikdir. Materialda deyilir ki, "Lukoil" neft emalı zavodunun alınması ilə bağlı saziş Qazaxıstan şirkətinin Avropa emal gücünü iki dəfədən çox artıracaq.

"Bloomberg" agentliyi "Euractiv" məlumatlarına istinadən yazır ki, Rusiyanın "Lukoil" şirkətinin İsveçrədəki törəmə şirkəti "Litasco" artıq neft emalı zavodunun bir neçə potensial alıcısının, o cümlədən "KazMunayQaz"ın təkliflərini qəbul edib.

"KazMunayQaz" Qazaxıstanda əhəmiyyətli iştiraka malik dünyanın ən böyük müstəqil neft və qaz treyderi olan İsveçrənin "Vitol Group" şirkəti ilə mümkün sövdələşmənin maliyyələşdirilməsini müzakirə edir. "Vitol"un törəmə şirkəti Bolqarıstanda elektrik və qaz ticarəti üçün lisenziyaya malikdir.

Bildirilir ki, "Lukoil Neftochim Burgas"ın satış prosesi bir aya yaxın davam edəcək. Müqavilənin şərtlərinə görə, pul "Lukoyl"a məxsus olan və Qərbin sanksiyaları altında olmayan "Litasco"ya köçürüləcək. Şirkət vəsaitlərin Rusiyaya köçürülməyəcəyinə zəmanət verməlidir.

O da qeyd olunur ki, "KazMunayQaz" Bolqarıstan hökumətindən öz təklifinə dəstək axtarır və əsas verir ki, "Lukoyl Neftochim Burgas" neft emalı zavodu keyfiyyətcə Qazaxıstan neftinə oxşar olan Rusiya neftinin emalı üçün nəzərdə tutulub.

Poliqon.info

 

Seçilən
27
50
poliqon.info

10Mənbələr