AZ

Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək

Bu il Bakı metrosuna 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

O qeyd edib ki, son illərdə Bakıda 7 metro stansiya və 1 depo inşa edilərək istifadəyə verilib:

“Bakıya 150 yeni nəsil vaqon gətirilərək istismara verilib. Nəticədə metroda istifadə olunan vaqonların yarısı artıq yeni nəsil vaqonlardır. Dəmiryolu sahəsində də mühüm işlər görülüb. İnşa edilən və modernizasiya olunan dəmiryolu xətlərinin ümumi uzunluğu 1500 kilometri keçib”.


Telegram kanalımız
Seçilən
27
50
yenisabah.az

10Mənbələr