Demokrat.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, A.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. M.Ağayevə isə şərti cəza verilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunub.
Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.
7Mənbələr
-
xezernews.azRüşvət alan məmurların məhkəməsi başa çatıb ( 14699943)
-
demokrat.azRüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı ( 14697641)
-
olke.azRüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı ( 14697039)
-
reyting.azDövlət Reyestri Xidmətinin rüşvətlə tutulan işçisi azadlığa buraxılıb ( 14696605)
-
oxu.azRüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı ( 14694955)
-
bizim.mediaRüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı ( 14694535)
-
pravda.azRüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı ( 14693483)