Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib.
Mia.az xəbər verir ki, bu barədə Teleqraf.com-a keçmiş icra başçısı Əhəd Abıyevin özü məlumat verib.
“Hazırda elə trenajordayam, aktiv idmana qayıtmışam, hər şey qaydasındadır”, - deyə o, əlavə edib.
Əhəd Abıyev xəstəliyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: “Yalan söhbətdir. Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”.