AZ

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətində şübhəli bilinən 7 nəfər müəyyən olunub

2024-cü ildə dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500 və axtarışda olan 3 726 nəfər saxlanılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair keçirilən müşavirəsində qeyd olunub.

Bildirilib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilib və terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfər saxlanılıb.

2024-cü ildə DSX tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;

il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitənin, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 28 ton 754 kq narkotik xassəli bitkinin məhv edilməsi;

işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilməsi, 126.5 km yolun əsaslı təmir olunması, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xəttinin çəkilməsi;

27 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi yer alıb.

Seçilən
11
11
poliqon.az

10Mənbələr