AZ

Hakan Fidan: Rusiya Bəşər Əsədə dəstək verməyin fayda verməyəcəyi qənaətinə çoxdan gəlmişdi

Rusiya əsas etibarilə rasional bir qərar alaraq Bəşər Əsədə dəstək verməyin nə özünə, nə də bölgəyə fayda verəcəyi qənaətinə çoxdan gəlmişdi.

“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sadəcə Hələbin ələ keçirilməsi bu fikri daha da gücləndirdi:

"Əks təqdirdə hərbi imkanlardan istifadə edilə bilərdi. Yəni 2016-ci ildəki xətanın təkrar törədilməsinin heç bir anlamı yox idi”.

Seçilən
7
1
report.az

2Mənbələr