AZ

Kiyevə 3 milyard avroluq hərbi yardıma blok qoyuldu

Almaniya kansleri Olaf Şolz xarici işlər və müdafiə nazirləri -Annalena Baerbok və Boris Pistorius tərəfindən Kiyevə əlavə 3 milyard avroluq hərbi yardım paketinin ayrılmasına mane olur. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istərdilər. 

Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, “Patriot” üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar. Əlavə xərclər kimi Bundestaqın büdcə komitəsi vasitəsilə 3 milyard avronun keçirilməsi planlaşdırılıb. Almaniya hökuməti əvvəllər bu boşluqdan Kiyevə yardım göstərmək üçün istifadə edib. 

Bununla belə, federal kansler qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib. Nəşrin yazdığına görə, o, Almaniyanın Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün hələ də kifayət qədər vəsaitə malik olduğuna işarə edib. 2025-ci ilin büdcəsində bu məqsədlər üçün təqribən 4 milyard avro vəsait nəzərdə tutulub.

Bununla belə,  Almaniyanın Sosial Demokrat Partiyası hesab edir ki, Şolz sadəcə olaraq seçki yarışının qızğın vaxtında Kiyevə yeni yardım elan etmək niyyətində deyil.

Seçilən
26
2
cebheinfo.az

10Mənbələr