AZ

İran polisi iki etnik bəluçu güllələyib öldürdü

İran polisi Sistan və Bəluçistan əyalətinin Gülşən və Xaş bölgələrində iki etnik bəluçu güllələyib. Bu barədə Bəluç Fəallarının Kampaniyası – Hengaw məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, 27 Əhməd Qumşadzehi və 26 yaşlı Mehran Nüsrətzehi xəbərdarlıq edilmədən açılan atəş nəticəsində həlak olublar.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

Seçilən
3
1
konkret.az

2Mənbələr