AZ

Gəncə şəhərinin ictimai nəqliyyatının tamamilə yenilənməsi planlaşdırılır

Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: “Digər şəhərlərimiz - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur”.

© Azərtac

Seçilən
9
12
marja.az

10Mənbələr