AZ

Maliyyə dövriyyəsində DURĞUNLUQ: Ölkə üzrə ödənişlər niyə GECİKİR? – AÇIQLAMA

Hər il başlayanda maliyyə sferasında bir durğunluq, hərəkətsizlik, gözləmə baş verir. Maliyyə dövriyyəsində sanki tormozlanma olur, ödənişlər gecikir. Bu zaman bəzi ekspertlər, səlahiyyətli şəxslər şifahi şəkildə izahat verirlər ki, “büdcə açılmayıb”.

Maraqlıdır, “büdcə açılmayıb” nə deməkdir? Bunu kim etməlidir? Səsləndirilən iddialar əsaslı deyilsə, bəs gecikmələr hansı səbəbdən baş verir? Hökumət görülməli işləri niyə vaxtında həyata keçirmir ki, belə tormozlanma, durğunluq özünü göstərir?

Maliyyə dövriyyəsində DURĞUNLUQ: <span style=color:red>Ölkə üzrə ödənişlər niyə GECİKİR? - AÇIQLAMA

Mövzu ilə bağlı Medianews.az-a danışan sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, Azərbaycanda Prezident növbəti ilin büdcəsi haqqında qanunu fərmanla imzalayıb, təsdiq edibsə, həmin qanun yanvar ayının 1-dən qüvvəyə minir.

Maliyyə dövriyyəsində DURĞUNLUQ: <span style=color:red>Ölkə üzrə ödənişlər niyə GECİKİR? - AÇIQLAMA

İqtisadçı-alimin sözlərinə görə, bununla da büdcənin həm gəlirlər, həm də xərclər üzrə icrası baş verir: “Burada “büdcə bağlıdır” söhbəti bir az şərtidir. Maliyyəçilər arasında bir qədər belə obrazlı söhbətlər olur. Əslində büdcə “bağlı” deyil, “açıq”dır. Sadəcə olaraq büdcənin il ərzində rüblər üzrə icrasında fərqlər mövcud olur. Adətən birinci rübdə həm gəlirlər, həm də xərclər az proqnozlaşdırılır. Onların daxil olması və xərclənməsini nəzərdə tuturam. Növbəti, haradasa ikinci, üçüncü rübdə bunlar müəyyən norma çərçivəsində olur. Bir də dördüncü rübdə, yəni ilin sonunda həm gəlirlər üzrə vəsaitlərin daha çox daxil olması, həm də xərclərin daha şox maliyyələşdirilməsi baş verir. Bu, büdcə idarəsində bir ənənədir. Amma yenə də qayıdıram o məsələyə ki, “büdcə bağlıdır” anlayışı yoxdur. Hələ ki, biz yanvar ayındayıq. Yəqin ki, vəsaitlərin daxil olması baş verməlidir. Bu, ötən ilin yekunlarına görə vergilərin düzənlənməsi və sair ilə bağlı olan proseslərdir. Bir qədər vəsait toplandıqdan sonra, təxminən yanvar ayının ortalarından rahat qaydada maliyyələşməyə başlamaq olur”.

Maliyyə dövriyyəsində DURĞUNLUQ: <span style=color:red>Ölkə üzrə ödənişlər niyə GECİKİR? - AÇIQLAMA

Mövzu ilə bağlı Maliyyə Nazirliyinə də sorğu yolladıq. Təəssüf ki, nazirliyin mətbuat xidmətindən hər hansı cavab ala bilmədik.

Nailə QASIMOVA

Seçilən
17
medianews.az

1Mənbələr