AZ

Zaxarova Litva siyasətçilərini tarixi öyrənməyə çağırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litva prezidenti Gitanas Nausedanın Kalininqradı taarixən Litvanın şəhəri adlandırmasına cavab olaraq danışıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, diplomat, həmçinin Litvanın paytaxtının İosif Stalinin sayəsində Vilnüs adlandırıldığını xatırladıb.

“Mən müasir Litvalı siyasətçilərə tarixi öyrənməyi və öz ölkələrində insan hüquqlarına hörmətlə yanaşmağı, həmçinin ölməkdə olan “milli” iqtisadiyyata hücum etməyi tövsiyə edirəm”, o, Telegram kanalında yazıb.

Diplomat qeyd edib ki, Baltikyanı sahildəki ən böyük liman, 1945-ci ildə Qırmızı Ordunun şücaəti sayəsində Litvaya çevrilib.

 

Seçilən
17
medianews.az

1Mənbələr