AZ

Kreml: Putin Trampla görüşməyə hazırdır

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Trampla görüşməyə hazır olduğunu bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Trampın problemləri dialoq yolu ilə həll etmək istəyini alqışladıqlarını bildirib.

Peskov Putini dəfələrlə beynəlxalq liderlərlə görüşmək istədiyini lakin müsbət nəticə almadıqlarını qeyd edib: \"Bunun üçün hazırda heç bir şərait yoxdur.
 
Sadəcə olaraq, məsələlərin dialoq yolu ilə həlli üçün qarşılıqlı istək və siyasi iradə kifayətdir. Cənab Tramp da problemləri danışıq yolu ilə həll etmək arzusunu ifadə edib”. 

Peskov əlavə edib ki, iki prezidentin görüşü gələcək sülhün açarı ola bilər. Biz bunu görürük və alqışlayırıq\".
 
Cəmalə
Seçilən
11
23
azxeber.com

10Mənbələr