AZ

Kreml həm müharibə istəyir, həm də pul

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada gündəmdəki mövzularla bağlı jurnalistlərə açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, Peskov Avropanın Rusiyaya qarşı sanksiyalarının "ikitərəfli kəskin qılınc" adlandırıb. Peskov "Avropalılar bu sanksiyalardan zərər görür. Biz bu sanksiyaları beynəlxalq hüququ pozan qeyri-qanuni məhdudiyyətlər sayırıq",- deyib. 

Kremlin sözçüsü Rusiya qazının Ukrayna üzərindən Macarıstan və Slovakiyaya daşınması ilə bağlı Avropada keçirilməsi gözlənilən danışıqları da dəyərləndirib: 

"Rusiya bu ticarətin davam etməsini istəyir. Məhsullarımızı satmaqda maraqlıyıq". Peskov Rusiya qazının ABŞ-dən gətirilən maye qazla müqayisədə daha rəqabətli qiymətlərlə avropalı istehlakçılar üçün sərfəli olduğunu vurğulayıb. 

Qeyd edək ki, Rusiyanın enerji şirkəti "Qazprom" Ukrayna üzərindən Avropaya təbii qaz nəqlinin yanvarın 1-də müvafiq müqavilənin müddəti başa çatması səbəbindən dayandırıldığını bildirib. 

Seçilən
1
23
cebheinfo.az

10Mənbələr