AZ

Ofeliya Sənani səhhətindən danışdı

Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. 

OLAY yazır ki, Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, artıq evə buraxılıb. O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:

“Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam”.

Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:

“Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq”.

Seçilən
16
8
olay.az

7Mənbələr