"Əl-Nəsr"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bəzi reklam gəlirləri məlum olub.
Publika.az xəbər verir ki, bu barədə "Sportbible" məlumat yayıb.
Forvardın nümayəndələri bu yaxınlarda Səudiyyə Ərəbistanının "Mobile" telekommunikasiya şirkətindən 4,5 saatlıq çəkilişə görə 1 milyon avro tələb ediblər. Buraya fotosessiya, beş imzalı forma və sosial mediada iki paylaşım da daxildir.
Həmçinin, Kriştianonun "Instagram"da bir reklam postu 3 milyon avroya başa gəlir. Bu, hazırkı dövrün ən yüksək qiymətidir.