Əsəd hökumətinin devrilməsindən sonra Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər arasında siyasi mübarizə meydanına çevrilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Bu ölkələr Suriyanın yeni administrasiyasına mülki infrastrukturun bərpası və elektrik enerjisinin verilməsində maliyyə və texniki dəstək təklif ediblər. İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Suriyaya kömək etməyi planlaşdırır.
Analitiklərin fikrincə, ərəb monarxiyaları Dəməşqə yardım göstərməklə Suriyada yeni islamçı hərəkatların yaranması və “Əl-Qaidə”, İŞİD və “Müsəlman Qardaşlar” terror qruplaşmalarının aktivləşməsi risklərini minimuma endirmək istəyirlər.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Fəvaz Qergesdən bununla bağlı bildirib: “Səudiyyə Ərəbistanının məqsədi Türkiyənin yeni Suriyada əhəmiyyətli təsirini tarazlaşdırmaqdır.
Səddam Hüseyn devrildikdən sonra İraqda nüfuz uğrunda mübarizədə Tehrana uduzan Ər-Riyad Suriyaya humanitar yardımdan Ankaraya qarşı çıxmaq yolu kimi istifadə edir. Səltənətin Türkiyə ilə rəqabətinin kökləri Osmanlı İmperiyası dövründə və müasir tarixdə - "Ərəb Baharı"ndan sonra Yaxın Şərqdə nüfuz uğrunda mübarizə zamanıdır”.
Telegram kanalımız