AZ

Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar təsdiqləndi

Bakı. Trend:

“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərinyaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilənhaqların miqdarı və verilməsi Qaydaları” təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin ikinci hissəsinəuyğun olaraq hazırlanıb və dövlət sifarişi ilə istehsal edilənfilmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının vəhaqlarının minimum miqdarı və verilməsi qaydalarını müəyyənedir.

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənalarıifadə edir:

dövlət sifarişi - milli-mənəvi dəyərlərin qorunubsaxlanılmasında və təbliğində, milli kimliyin və vətənpərvərlikruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyibədii təsirli forma və obrazlarla nümayiş etdirən, istehsalı dövlətbüdcəsindən maliyyələşdirilən filmin yaradılması ilə bağlımünasibətlər;

filmin istehsal prosesi - hazırlıq, çəkiliş və filminişlənilməsi (montaj, tonlaşdırma, səsləndirmə, dublyaj və s.)mərhələlərini özündə ehtiva edən filmin istehsal dövrü;

müəllif qonorarı - filmin hər bir müəllifinin və ya filməmüəlliflik hüququnun digər şərikli sahiblərinin müəllifmüqaviləsinə və ya digər müqaviləyə əsasən filmdən istifadəhüquqlarının verilməsinə görə aldıqları və istifadənin bütünnövlərini əhatə edən haqq.

Bu Qaydalarda istifadə olunan digər anlayışlar AzərbaycanRespublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuşmənaları ifadə edir.

Müəllif qonorarlarının məbləği bu Qaydaların 2-ci hissəsindənəzərdə tutulmuş minimum məbləğdən az olmamaqla, filmin istehsalıüçün dövlət büdcəsindən ayrılan vəsait, filmin istehsalçısı(prodüseri) ilə filmin müəllifləri arasında bağlanılanmüqavilələrdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyənedilir.

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görəödənilən müəllif qonorarının minimum məbləği filmin növündən vəssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyənedilir:

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyənbəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filminnövündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyənedilir:

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyənbəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filminnövündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyənedilir:

Bu Qaydalara uyğun olaraq ödənilən müəllif qonorarları dövlətbüdcəsindən bu məqsədlə ayrılmış vəsait çərçivəsində filministehsalçısı (prodüseri) tərəfindən filmin çəkilişi üçün müvafiqqaydada təsdiq edilmiş smeta xərcləri üzrə ödənilir.

Müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsalprosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılıolaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləriarasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı iləmüəyyən edilir.

Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideyasəviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesininmürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərininpeşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdənəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malikolması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinəzərə alınır.

Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğungəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda,musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumiməbləğinin 50 (əlli) faizinə qədəri ödənilir.

Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər birmüəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinəyetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasındabölüşdürülür.

Filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda,filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrəməsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı(prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dairmülki-hüquqi müqavilə bağlanılır.

Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdudfəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər vəödənişlə bağlı müvafiq mülkihüquqi müqavilə filmin istehsalçısı(prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və yahimayəçisi) arasında bağlanılır.

Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılmaproseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinəödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaitiçərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasındabağlanılmış müqavilə ilə müəyyənləşdirilir.

Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinəödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyənedilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yolverilmir.

Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser)tərəfindən bir nüsxədə Azərbaycan Respublikası MədəniyyətNazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fondunamüvafiq daşıyıcıda təhvil verilməlidir.

Məqalədə:
Seçilən
41
13
az.trend.az

10Mənbələr