Donald Trampın rəhbərliyi altında Qrenlandiyanın mümkün hərbi ilhaqı bəşər tarixində ən qısa silahlı münaqişə ola bilər.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bu, analitiklərin fikridir.
Mütəxəssislər bu qənaətə ona görə gəlirlər ki, Amerika ordusu 1940-cı illərdən bəri artıq Qrenlandiyadadır. Onların adada olması rəsmi olaraq 1951-ci ildə ABŞ və Danimarka arasında bağlanmış müqavilə ilə təmin edilib. Eyni zamanda, Qrenlandiyada 10 min nəfərə qədər kontingentin yerləşdirildiyi və nüvə silahı daşıya bilən strateji bombardmançıların yerləşdirildiyi Arktika regionunun ən böyük hava bazası Tule yaradılıb. 2023-cü ildə hava bazası raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarət vəzifələrini yerinə yetirən Pituffik Kosmik Baza adlandırılıb.
Birləşmiş Ştatlar Qrenlandiyanı istənilən hücumdan müdafiə etməyi öhdəsinə götürüb, çünki “Danimarka Silahlı Qüvvələri kənardan yardım olmadan potensial təcavüzkarı dəf edə bilməz”.
“Danimarka mükəmməl başa düşür ki, Qrenlandiyanı təkbaşına heç kimdən qoruya bilməz. Sual budur ki, amerikalılar kiminlə döyüşəcək? Öz ordusuyla?" - bunu Kopenhagen Universitetinin Müharibə Araşdırmaları Mərkəzinin baş elmi işçisi Kristian Sobi Kristensen bildirib.
Telegram kanalımız