AZ

Bombardirə sərt cəza

"Norviç Siti"nin yarımmüdafiəçisi Borxa Sayns cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçuya qarşı sanksiyalara səbəb dekabrın 21-də Çempionşipin 22-ci turunun "Sanderlend"lə oyununda (1:2) baş verən insident olub. Oyun zamanı Sayns rəqib Kris Mefamə tüpürüb.

O, 6 oyunluq cəzalandırılıb və 12 min funt sterlinq cərimələnib.

Sainz bu mövsüm 26 oyun keçirib, 15 qol vurub. Çempionatın bombardirlik yarışına ispaniyalı başçılıq edir.

Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr