Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı maliyyə sənədlərini saxtalaşdırdığına görə məsuliyyətdən azad edib.Bu barədə CNN məlumat yayıb.
Məhkəmə siyasətçini qeyd-şərtsiz azadlığa buraxıb. O, həbs, cərimə və sınaq müddəti ilə üzləşməyəcək. Bununla belə, hökm qüvvədə qalacaq.