AZ

Un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 9E blokunda fəaliyyət göstərən “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb.

Agentlikdən Publika.az-a bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyənləşib.

Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb. Eyni zamanda, istifadə olunan xurma və şokolad məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub.

Seçilən
17
11
publika.az

10Mənbələr