AZ

Azərbaycan hakimləri Türkiyədə daha iki futbol oyununu idarə ediblər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki yoxlama oyununu idarə ediblər.   Manset.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb. “Maqdeburq” və Kiyev “Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev, “Novi Pazar”la “Kanvon”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1 Baş hakim: Rauf Allahverdiyev. Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə. “Novi Pazar” (Serbiya) – “Kanvon” U-23 (Cənubi Koreya) 1:1 Baş hakim: Əkbər Əhmədov. Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.

Seçilən
20
17
manset.az

10Mənbələr