Ukraynanın Sum vilayətində regionda ilk yeraltı məktəbin tikintisi başa çatıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, vilayətin mərkəzində daha iki belə məktəb tikilib.
Sum Regional Hərbi Administrasiyasının məlumatına görə, yeraltı məktəb Oxtırski rayonunun icmalarından birinin ərazisində tikilib. İşlər 2024-cü ilin sonunda başa çatdırılıb.
Radiasiya sığınacağı tezliklə uşaqlara və müəllimlərə tədrisə qayıtmağa imkan verəcək. Məktəb 295 nəfər üçün nəzərdə tutulub və iki məqsədli binada yerləşir: ondan həm tədris prosesinin təşkili, həm də zəruri hallarda icma sakinlərinin müdafiəsi üçün istifadə oluna bilər.
Layihə birgə maliyyələşdirmə yolu ilə həyata keçirilib: 29,4 milyon qriven dövlət büdcəsindən, daha 1,6 milyon qrivna isə icma tərəfindən ayrılıb.
Qeyd edək ki, Ukraynada 139-dan artıq belə məktəbin tikintisi planlaşdırılır.