AZ

XİN ABŞ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN “X” hesabında paylaşım edilib.

“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə, xalqına və qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə paylaşımda qeyd olunub.

Seçilən
2
50
qafqazinfo.az

10Mənbələr