AZ

"Panama böhranı" böyüyür -Prezident BMT-yə müraciət edəcək

Panama prezidenti Xose Raul Mulino diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqlərini davam etdirərsə, BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. Bu barədə “Politico” qəzeti Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən yazıb.

“O [Mulino-red.] 20 yanvardan sonra bu istiqamətdə daha çox tədbir görəcəyini söyləyib. Əlbəttə əgər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp məlum məsələyə toxunarsa...”,- Balladares öz ofisində verdiyi müsahibə zamanı deyib.

Balladaresin sözlərinə görə, Mulinonun əlavə hansı tədbirləri görə biləcəyini dəqiqləşdirmədiyini söyləyiba.

1999-cu ildə ABŞ 1920-ci ildə tikdiyi Panama kanalının açarlarını Panamaya təhvil verdi.Son zamanlar isə Donald Tramp kanala Çin əsgərlərinin nəzarət etdiyini iddia edib. O, həmçinin Amerika gəmilərinin ödədiyi tranzit haqlarından şikayətlənib və bu ölkəni məlum strateji su yoluna nəzarəti yenidən ələ alacağı ilə hədələyib.


Tural

Seçilən
18
news365.az

1Mənbələr