AZ

XİN ABŞ-yə başsağlığı verdi

XİN ABŞ-yə başsağlığı verdiAzərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.

Sonxeber.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə, xalqına və qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları yanvarın 7-dən davam edir. Hadisə nəticəsində 10 nəfər həlak olub.

Seçilən
13
28
sonxeber.az

10Mənbələr